"Davam" Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzi arasında memorandum imzalandı - FOTOLAR

24 may tarixində Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzində "Davam" Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanması üçün görüş keçirilib. 


Şahdağ Turizm Mərkəzinin İdarə Heyətinin sədri Səid Salayev qonaqları salamlayıb. Mərkəz haqqında ətraflı məlumat verdikdən sonra "Davam" Gənclər Hərəkatı ilə əməkdaşlığın perspektivlərindən bəhs edərək səmərəli və davamlı layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib. Çıxışının sonunda "Davam" Gənclər Hərəkatının fəaliyyətini yüksək qiymətləndirdiyini də diqqətə çatdırıb. 


Öz növbəsində "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı çıxış edərək göstərilən xüsusi diqqətə görə başda Səid Salayev olmaqla bütün kollektivə öz təşəkkürünü bildirib. O, "Davam" Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzinin yaxın zamanda birgə yeni və maraqlı layihələr ərsəyə gətirəcəyini nəzərə çatdırıb. Əlavə olaraq qeyd edib ki, hal-hazırda 200-dən çox davamçı üzvün iştirakı ilə hazırlanan fləşmobun məhz Şahdağ Turizm Mərkəzində baş tutması bu əməkdaşlıq istiqamətində atılan ilk addımdır. 


Daha sonra "Davam" Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzi arasında əlaqələrin möhkəmləndirilməsi, fərqli proseslərdə fəal iştirak edərək yeni və maraqlı layihələrə imza atılması, müxtəlif tədbirlər, görüşlərin keçirilməsini təmin etmək məqsədilə birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.   


Görüş qarşılıqlı əlaqələrin inkişafı istiqamətində danışıqların aparılması ilə davam edib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...

Bu cütlüklərin boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...