COVID-19 pasportu olmayanlar bu xidmətlərdən YARARLANA BİLMƏYƏCƏK

12:37 / 25.05.2021
3231
"Azərbaycanda COVİD pasportuna sahib olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər”.
Sfera.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, iyunun 10-dan idman zallarının açılmasına qərar verilib.
"Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq”, - deyə o qeyd edib.