Metronun fəaliyyəti bərpa olunur - Bu tarixdən

12:27 / 25.05.2021
2793
Mayın 31-dən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunacaq.
Sfera.az-ın xəbərinə görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.