Azərbaycan Beynəlxalq Bankından 35 ali məktəbə hədiyyə

İqtisadiyyat
10:55 / 25.05.2021
2152
Azərbaycan
Beynəlxalq Bankının korporativ sosial məsuliyyət layihəsi çərçivəsində nəşr
etdirdiyi "Dövlət maliyyəsi və dövlət siyasəti” dərsliyi cəmiyyətdə böyük
maraqla qarşılanıb. Bank Massaçusets Texnologiyalar İnstitutunun
professoru Conatan Qruberin müəllifi olduğu və hazırda dünyanın aparıcı
universitetlərində istifadə edilən kitabın nüsxələrini ölkəmizdəki ali məktəblərə
və aparıcı kitabxanalara hədiyyə edib.
Sfera.az xəbər verir ki, kitabın
müvafiq sayda nüsxələri artıq 35 ali məktəbə, 2 kitabxanaya, 1 təlim mərkəzinə
hədiyyə edilib. Yaxın günlərdə kitabdan başqa təhsil müəssisələrinə və
kitabxanalara da bağışlanacaq. Belə bir məşhur dərsliyin ana dilimizdə nəşri Azərbaycan
Beynəlxalq Bankının ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə
savadlılığının artırılmasına dəstək tədbirlərinin davamıdır.
Azərbaycan
Beynəlxalq Bankı kimi böyük biznes qurumunun bu faydalı təşəbbüsü ölkəmizdə dərslik
bazasının sürətlə yenilənməsinə, yeni peşəkarlar nəslinin yetişməsinə, beynəlxalq
təcrübənin cəmiyyətimiz üçün daha da əlçatan olmasına xidmət edir. Dövlət
dilimizdə bu cür bilik resurslarının formalaşdırılması qloballaşma şəraitində
Azərbaycan dilinin qorunması və inkişafı işinə də əhəmiyyətli dəstəkdir.
Müasir
dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və
xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az
internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.