Baş məşqçi: “Bəzi futbolçular gözüyaşlı idi”

Baş məşqçi: “Bəzi futbolçular gözüyaşlı idi”
"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun finalında "Keşlə”yə məğlub olduqları oyunu şərh edib.

Sfera.az xəbər verir ki, Abbasov, 1:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Finala bacardığımız qədər yaxşı hazırlaşmışdıq. Futbolçularımızı təbrik edirəm. 3-cü yer tutmuşduq və futbolçularda rahatlıq var idi. Buna baxmayaraq, sona qədər mübarizə apardılar. Sərgilədiyimiz oyun məni sevindirir. İlk hissədə bəlkə də mövsümün ən yaxşı oyununu oynadıq. Yorğunluq olsa da, yaxşı çıxış edə bildik. Çox təəssüf edirik ki, kuboku qazana bilmədik. İkinci dəfə finalda idik. Bəlkə də, bu da bir uğurdur. Qalib olmaq istəyirdik. Mövsümün əvvəlində bizə inananlar az idi, komandanın sonuncu yerdə olacağını düşünürdülər. Ondan əvvəl koronavirusa görə çempionat dayananda deyirdilər ki, "Sumqayıt” çempionat davam etsəydi, aşağı yerlərdə olardı. Bu gün futbolçularımız sübut etdi ki, uğurlarımız təsadüfi deyil. Bu il medal qazandıq, ondan əvvəl avrokuboklara vəsiqə qazandıq. Bunlar təsadüf ola bilməz. Futbolçuları, məşqçiləri təbrik edirəm. Onlar bizimlə gecə-gündüz çalışırdılar. Əla kollektivimiz var. Bunun bəhrəsini gördük, hər kəsə təşəkkür edirəm. Maliyyəmiz digər komandalara nisbətən aşağıdır. Çalışırıq ki, onlardan geri qalmayaq. Hər şeydən razıyam. Gələcəkdə görüləsi çox iş var, inkişaf etməli, böyüməliyik. Heyətimizi qoruya bilmirik. Bu, məni üzür. Qarşıdakı illərdə uğur qazanmaq istəyiriksə, düzgün addımlar atmalıyıq. "Keşlə”ni də təbrik edirəm, onlara avrokuboklarda uğurlar arzu edirəm”.

- Bu gün çox təmkinli və gülərüzsüz. Bu, nə ilə bağlı idi?

- Oyundan sonra bəzi futbolçular gözüyaşlı idi, bəziləri məyus idi. Onlara dedim ki, başınızı dik tutmalısız. Bu mövsüm uğur qazanmış, çempionatı üçüncü sırada bitirmişik. İstədim ki, futbolçulara siqnal verim. Daxilimdə sarsıntı olsa da, bunu futbolçulara bildirmək istəmirəm.

- İmkanınız olsaydı, çempionatın bürünc medalını kubokun qələbəsinə dəyişərdiz?

- Çətin sualdır. Nəsə desəm, yanıla bilərəm.

- İki finalda eyni məşqçiyə uduzmaq necə hissdir?

Sənan müəllimə dedim ki, kuboka sənin şəklini vurmalıyıq (gülür). Bütün məşqçilərin uğurlarına sevinirəm. Sübut olundu ki, Azərbaycan çempionatında yerli məşqçilər baş çıxara bilər.

OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...