Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi

Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi
Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları "Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - "The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılır.

Sfera.az xəbər verir ki, günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. Görüşdə heç-heçə qeydə alınıb. Sonrakı turda Ş.Məmmədyarov ermənistanlı Levon Aronyan ilə qarşılaşıb. Şahmatçımız prinsipial rəqibi üzərində inamlı qələbə qazanıb.

Şəhriyar Məmmədyarov növbəti turlarda rusiyalı Yan Nepomnyaşi, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq. T.Rəcəbovun isə növbəti rəqibləri Y.Nepomnyaşi, U.So, M.Vaşye-Laqrav və A.Piçot olacaq.

Qeyd edək ki, "The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.

"Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

OXŞAR XƏBƏRLƏR

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başladı

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsinin davamı olaraq Bankın Saatlı filialı da yenilənib.   Filialın binası ABB-nin yeni brend kimli...

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçiriblər....

Ukraynanın hücumu ABŞ-ni qorxudub - Çin gəmiləri təhlükə mənbəyi ola bilərmi?

Ukraynanın Rusiya şəhərinə həyata keçirdiyi uzun məsafəli PUA (pilotsuz uçuş aparatı) hücumu ABŞ-də ciddi narahatlığa səbəb olub. Hücum, Rusiya hava hücumundan ...

Bıçaqlanan Araz Musayevdən yeni paylaşım: "Vəziyyətim ağırlaşıb!"

Mayın 28-də  Türkiyənin   Antalya  şəhərində  bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevdən...

Kitablar yığılır - Məktəblər tez bağlanacaq?

Əksər məktəblərdə kitablar yığılıb, lakin tədris prosesi davam edir.   Belə ki, 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil...

26 yaşlı qız Bakının mərkəzində xuliqanlıq etdi - Həbs olundu

Paytaxtın Yasamal rayonu Nəriman Nərimanov prospektində ictimai asayişi pozan 26 yaşlı qız inzibati məsuliyyətə cəlb edilib.     Sfera.az&nbs...