Aeroport yolunda ağır qəza - 2 ölü, 6 yaralı+Foto
16:40 / 24.05.2021
3486
Hava limanı-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı "Shacman” markalı yük maşını ilə "Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.
BNA-nın məlumatına görə, hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
***
"Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Mercedes Vito”da olan 8 nəfərdən 2-si vəfat edib. Digər 6 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, "Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən "Shacman” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb.