Sabahdan bu marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Cəmiyyət
16:40 / 24.05.2021
2758
Sabahdan Bakıda 184 nömrəli marşrut xətti ( "Ulduz” m/s – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək.
Sfera.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.