“Tibb işçilərinin hazırkı sertifikasiyası yararsızdır və dayandırılmalıdır” - Tanınmış həkimdən ETİRAZ

“Tibb işçilərinin hazırkı sertifikasiyası yararsızdır və dayandırılmalıdır” - Tanınmış həkimdən ETİRAZ
"Tibb işçilərinin hazırkı sertifikasiyası yararsızdır və dayandırılmalıdır”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib. 

Onun sözlərinə görə, kredit-sertifikasiya-attestasiya ballarının yığılması, imtahan suallarının əksəriyyəti və imtahandan keçə bilməyənlərin fəaliyyətinə xitam verilməsi yalnışdır:

"Bu sahə bürokratik əngəllərlə doludur. Lakin sertifikasiya və attestasiya təmamilə ləğv edilməməlidir, formatı dəyişdirilməlidir. Təkmilləşmə hər zaman vacibdir, lakin qaydasında, belə yox. Tibb işçilərinin sığorta və COVİD-19  əlavələri verilməlidir. Əks halda, tibb işçilərindən keyfiyyətli iş tələb etmək absurddur və bu mümkün olmayacaq”.

Sədr müavini bildirib ki, həkimlər yetəri qədər intellektual zümrədir və onlarla hədə-qorxu yolu ilə davranmağın sonu yaxşı olmayacaq:
"Hazırkı yuxarı ranq tibb məmurları qətiyyən tibb işçilərinin hüquqlarını qorumur. Hətta öz kreslolarını qorumaq üçün  tibb işçilərini, nəinki, keçi qiymətinə satırlar, hamısını qurban verməyə hazırdırlar. Həmçinin qeyd etməliyəm ki, açıq havada maska geyinmək tələbi ləğv edilməli, həftəsonu ictimai nəqliyyatın və bütün idman növlərinin fəaliyyəti bərpa edilməlidir!”.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR