Vaksinasiya haqqında təbliğat kampaniyası start götürdü - VİDEO

Cəmiyyət
15:28 / 24.05.2021
2556
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari
Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata
keçirir.
Sfera.az xəbər verir ki, qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə —
vaksinasiyaya yönəltməkdir.
Kampaniya
üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında
COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə
biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.
Kampaniya
çərçivəsində işıq üzü görən ilk videoçarx toy mərasimi haqqındadır. İlk çarxın
məhz bu mövzuda seçilməsi təsadüfi deyil. Sirr deyil ki, həm mənəvi, həm də
maddi olaraq xalqımızın həyatında toy məvhumu önəmli yer almaqdadır və artıq 1
ildən çoxdur ki, davam edən pandemiya səbəbindən xalq özəl günlərini bayram edə
bilmir.
Əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan
peyvənd olunsa, biz öncəki — darıxdığımız həyata bir o qədər də tez qayıda
bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq.
Kampaniyanın kommunikasiya
strategiyası "Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı
Media Mərkəzi tərəfindən reallaşdırılmışdır.