Valyuta ehtiyatlarımız 39 aylıq idxala kifayət edir

Valyuta ehtiyatlarımız 39 aylıq idxala kifayət edir
2021-ci ilin aprelin 1-nə olan məlumata əsasən Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi ölkəmizin 39 aylıq mal və xidmət idxalına kifayət edir.

 

 

Sfera.az bildirir ki, malların və xidmətlərin idxalı 2020-ci ilə aid olan göstəricilər əsasında hesablanıb. Ötən il ölkəmizin mal və xidmət idxalının aylıq dəyəri 1,295 milyard dollar təşkil edib.

 

 

Strateji valyuta ehtiyatları Dövlər Neft Fondunun və Mərkəzi Bankın ehtiyatlarının cəmindən ibarətdir. İlin əvvəlində 51,4 milyard dolan ehtiyatların həcmi rüb ərzində azalaraq 50 milyard dollara düşüb. Ehtiyatlardakı azalma Neft Fondunun aktivlərinin 800 milyon dollardan çox azalması hesabına baş verib.

 

 

Qeyd edək ki, beynəlxalq normalara əsasən valyuta ehtiyatlarının həcmi 3 aylıq idxalı ödəyə bilərsə, bu, kifayət hesab olunur.

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR