İtaliyada funikulyor qəzası baş verib - ölənlər var

Dünya
18:26 / 23.05.2021
2784
İtaliyada funikulyor qəzası qeydə alınıb.
Bu barədə yerli "Rainews24" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalında, Pyemont əyalətində baş verib. Qəza zamanı azı 4 nəfər həlak olub. Qeyd edilir ki, insident Streza yaşayış məntəqəsini Laqo Macore gölünün sahili və Monterone dağı ilə birləşdirən kanat yolunda, 1,5 km hündürlükdə qeydə alınıb. Telekanalın məlumatına görə, hadisə zamanı vaqonda 10 nəfərdən çox olub.
Ölənlərin sayının artacağı istisna edilmir. Hadisə yerində xilasedicilər işləyir.
///Report