İranda kimyəvi zavodda partlayış - Xəsarət alanlar var

Dünya
11:25 / 23.05.2021
2454
İranın İsfahan şəhərində kimyəvi preparatların və fişənglərin istehsalı ilə məğşul olan zavodda partlayış baş verib.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 9 nəfər xəsarət alıb.
"Kimya zavodunda baş verən partlayışın səbəbləri araşdırılır, yaralılardan doqquzu xəstəxanaya çatdırılıb" , - yerli təcili tibbi yardım mərkəzinin sözçüsü Abbas Abedin bildirib.