BMT-dən təcili çağırış: Atəşkəsə əməl edin!

Dünya
00:00 / 23.05.2021
3147
BMT Təhlükəsizlik Şurası təcili tərəfləri atəşkəsə tam əməl etməyə çağırır.
Sfera.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurası açıqlama yayıb.
TŞ üzvləri Fələstin xalqına təcili humanitar dəstək verilməsinin vacibliyini vurğulayıb.
Açıqlamada BMT TŞ-nin ikidövlətli həll perspektivində bölgədə hərtərəfli və davamlı sülh əldə etmək üçün atılan addımları dəstəklədiyi və əmin-amanlığın qorunmasının vacibliyi diqqət çəkib.
(Axar.az)