Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Sfera.az-a verilən məlumata görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Mübarizəyə 1/4 finaldan qoşulan Zaur Əliyev Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanıyla ağır mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Əliyev adını finala yazdırıb. Zaur həlledici görüşdə Türkiyə təmsilçisiylə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əzmkar qələbə qazanan həmyerlimiz Avropa çempionu olub.

Onun adaşın Zaur Nuriyev isə debütdə Rumıniya güləşçisinə məğlub olub.

Laçın Vəliyev ilk mərhələdə Polşadan olan rəqibini üstələyib. Ancaq daha sonra Rusiya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün Laçın mayın 22-də təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Vəliyev Yunanıstan güləşçisinə qalib gəlsə də, macar həmkarına uduzub.

Sərxan Məmmədov ilk görüşdə Serbiya idmançısına minimal hesabla qalib gəlib. Ancaq daha sonra İsveçrə təmsilçisiylə bacarmayıb.

OXŞAR XƏBƏRLƏR

İmişlidə ağır qəza - Üç nəfə dünyasını dəyişdi

İmişlidə 3 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.   Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saat 12:00 radələrində baş verib.   ...

Krımda partlayışlar: Kerç körpüsü bağlandı

Krımda baş verən bir sıra partlayışlar səbəbilə Kerç körpüsü müvəqqəti olaraq bağlanıb. Hadisə, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin gərgin məqaml...

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək - Mikayıl Cabbarov

“SOCAR-ın Suriyada və regionda gələcək dövr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”.   Sfera.az APA-ya istinadən xəbər verir...

Ermənistan-Amerika birgə hərbi təlimlərə başlayır - Tarix açıqlandı

Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək.   Sfera.az Sözcü-yə&n...

ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır - Tramp

“ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır”.   Sfera.az xəbər verir ki, bunu “Fox News” telekanalının efirində ABŞ Prezidenti...

Suriyalı nazir Azərbaycana və Türkiyəyə təşəkkür etdi

Suriyanın Energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətind...