Zelenskidən Rusiyaya qarşı növbəti SƏRT ADDIM

Zelenskidən Rusiyaya qarşı növbəti SƏRT ADDIM
Ukrayna Prezident Administrasiyasının rəsmi saytında Rusiyaya bağlı "qondarma" respublikaların liderlərinə qarşı tətbiq olunmuş sanksiyaların müddətsiz uzadılması ilə bağlı qərar dərc olunub.

Sfera.az xəbər verir ki, veb-saytda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən 14 maydan etibarən "Fərdi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) həyata keçirilməsi ilə bağlı" qərarın qüvvəyə minməsi qeyd olunub. 

Qərarın izahat hissəsində sanksiya tətbiq olunan şəxslərin adları sadalanıb. Siyahıda Ukrayna ərazisində birtərəfli qaydada müstəqilliyini elan edən Donetsk Xalq Respublikasının lideri Denis Puşilin, Luqansk Xalq Respublikasının lideri Leonid Paseçnik, Krım Prezidenti Sergey Aksenov yer alıb. 

Barələrindəki sanksiya qərarı uzadılanlar siyahısına isə Moskva Dövlət Xarici İşlər Universitetinin müəllimi Yevgeni Voronin, "Parus" şirkətinin qurucusu Aleksey Fedorenko, "1S" şirkətinin qurucusu Boris Nuraliyev və digər bəzi Rusiya vətəndaşlarının adları daxil olunub.

Sanksiyalar Krım, Donetsk və Luqanskı təmsil edən internet saytlarına girişin qadağan edilməsini də əhatə edib.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR