Bayden: "Müstəqil İsrail dövləti tanınanədək bölgədə sülhdən söhbət gedə bilməz"

Dünya
11:23 / 22.05.2021
1918
ABŞ prezidenti Co Bayden İsrailə təhlükəsizliklə bağlı verdikləri vədlərində heç bir dəyişiklik olmayacağını bildirib.
Sfera.az xəbər verir ki, o, bu haqda Cənubi Koreya prezidenti Mun Çje İnlə ikitərəfli görüşündən sonra təşkil olunan mətbuat konfransında danışıb.
ABŞ prezidenti Fələstin və İsrail arasındakı son qarşıdurmalar zamanı ABŞ-ın İsrailə verdiyi dəstək və 735 milyon dollarlıq silah satışının Demokratlar tərəfindən tənqid edilməsi məsələsinə toxunub.
Bölgə ölkələrinin müstəqil İsrail dövlətini tanıyanadək burada sülhdən söhbət gedə bilməyəcəyini diqqətə çatdıran Co Bayden İsrail Baş naziri Benyamin Netanyahunun ona atəşkəslə bağlı söz verdiyini bildirib.
Əzizə Zeynal
Sfera.az