Kəndlilər kütləvi şəkildə pay torpaqlarını niyə satırlar? - Ekspert səbəbləri açıqladı

Kəndlilər kütləvi şəkildə pay torpaqlarını niyə satırlar? - Ekspert səbəbləri açıqladı
"Kənd təsərrüfatında sürətlə artan xərclərə dözə bilməyən, bazarın məhdud, alıcılıq qabliyyəti aşağı olmasından istehsal etdiyi məhsulu bəzən maya  dəyərindən ucuz satan kəndlilər mövcud durumdan çıxışın yolunu pay torpaqlarını satmaqda görürlər”.

Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, kəndlilər kütləvi surətdə şəxsi pay torpaqlarını satıb, canlarını əziyyətli və səmərəsiz işlərdən qurtarmağa çalışırlar:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin aprel ayı 2020-ci ilin aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 102,1 faiz, sənaye məhsullarının istehsalçı qiymət indeksi 272,6 faiz, istehlak qiymətləri indeksi 104,3 artıb. 

Göründüyü kimi, kənd təsərrüfatı istahsalında qiymət bahalaşması cüzi olub, lakin xərclər sürətlə artmaqdadır. Kəndlilər ötən il yonca sahələrinin 1 hektarını 25 manata biçdirdikləri halda, bu il həmin xərc 30 manata artıb. Onlar biçilən otu topalamaq üçün ötən il hər hektara 15 manat, bu il 20 manat, presləmək üçün 1 kipə görə ötən il  20 qəpik, bu il isə 30 qəpik ödəmək məcburiyyətindədir.  Xərclərin artmasına baxmayaraq, 1 ot kipinin satış qiyməti 1-ci üzdə ötən ilki 2,7 manatdan  bu il 2,0-2,5 manata qədər ucuzlaşıb”.

İqtisadçının sözlərinə görə, bununla yanaşı, doyunca sulanmayan yonca sahələrində məhsuldarlıq göstəriciləri də aşağı düşüb:

"Dizel yanacağının bahalaşması səbəbindən xidmət xərcləri artıb. Bütün bunlar kəndliləri təsərrüfatlardan çəkindirir, torpaqlarını satmağa məcbur edir".

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR