Daha bir hərbçinin nəşi tapıldı

10:54 / 22.05.2021
1716
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb.
Sfera.az xəbər verir ki, 1991-ci il yanvarın 1-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olan Nağıyev Pərviz Güloğlan oğlunun nəşi Murovdağ ərazisində tapılıb.
Vətən müharibəsi zamanı sentyabrın 27-də çavuş Pərviz Nağıyev Murovdağ döyüşləri zamanı itkin düşüb.
Qeyd edək ki, Pərviz Nağıyev evli olub, 6 və 4 yaşlarında iki oğlu var.
P. Nağıyevin nəşi hazırda Gəncə şəhərindən Tovuz rayonuna gətirilir. O, bu gün Tovuz rayonunda dəfn ediləcək.