Mayın 24-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Cəmiyyət
00:15 / 22.05.2021
2322
Bu gündən mayın 24-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Sfera.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.
Bununla əlaqədar 22 may saat 00:00-dan 24 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb.