“Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirildi

“Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirildi
Bu gün "Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.

Sfera.az-ın məlumatına görə, klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, A komandanın baş məşqçisi Samir Abasov, B komandanın baş məşqçisi Mahmud Qurbanov, Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev ötən mövsümlə bağlı hesabat veriblər.

Kamran Quliyev infrastruktur, akademiya və klubdakı işlər, Elnur Eyvazov maliyyə məsələləri, Samir Abasov və Mahmud Qurbanov öz komandaları, Rüstəm Allahverdiyev isə media və marketinq haqda ümumi məlumat verib.

Daha sonra Müşahidə Şurasının üzvləri ilə yeni mövsüm üçün hədəf və məqsədlər haqqında müzakirələr aparılıb, fikirlər dinlənilib.

Sonda Müşahidə Şurasının üzvləri çempionluq münasibətilə bütün heyəti təbrik edib və komandanın qarşısına yeni mövsümlə bağlı hədəflər qoyub.


OXŞAR XƏBƏRLƏR

İmişlidə ağır qəza - Üç nəfə dünyasını dəyişdi

İmişlidə 3 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.   Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saat 12:00 radələrində baş verib.   ...

Krımda partlayışlar: Kerç körpüsü bağlandı

Krımda baş verən bir sıra partlayışlar səbəbilə Kerç körpüsü müvəqqəti olaraq bağlanıb. Hadisə, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin gərgin məqaml...

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək - Mikayıl Cabbarov

“SOCAR-ın Suriyada və regionda gələcək dövr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”.   Sfera.az APA-ya istinadən xəbər verir...

Ermənistan-Amerika birgə hərbi təlimlərə başlayır - Tarix açıqlandı

Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək.   Sfera.az Sözcü-yə&n...

ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır - Tramp

“ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır”.   Sfera.az xəbər verir ki, bunu “Fox News” telekanalının efirində ABŞ Prezidenti...

Suriyalı nazir Azərbaycana və Türkiyəyə təşəkkür etdi

Suriyanın Energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətind...