Təhsil müəssisələrinin ətrafında maarifləndirmə aparıldı - FOTO

19:57 / 21.05.2021
2346
BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə Səbail rayonu, 189-190 nömrəli təhsil müəssisəsinin ətrafında BMT, BNA və ÜST-ün həyata keçirdiyi birgə fəaliyyətə əsasən Nəqliyyat Könüllülərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Sfera.az xəbər verir ki, nəqliyyat könüllüləri hərəkət iştirakçılarını təhlükəsizlik qaydaları haqqında maarifləndirib, eyni zamanda "Həyat dolu küçələr" şüarı ilə sürücüləri ehtiyatlı olmağa çağırıblar.
Qeyd edək ki, piyada təhlükəsizliyinin artırılması məqsədilə sözügedən təhsil müəssisəsininətrafında müvafiq yol nişanları quraşdırılaraq sürət həddi 30km/saat-a endirilib, əlçatanlığın artırılması məqsədilə panduslar təşkil edilib, təhlükəsizlik məqsədilə təhlükəsizlik dirəyi və məhəccərlər quraşdırılıb, mövcud eyni səviyyəli piyada keçidləri yenilənib, sürət məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb, təhlükəsizliyin maksimum həddə çatdırılması üçün eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində "Məktəb”, "Yavaş” sözləri yazılıb.
Unutmayın ki, piyada ən həssas və vacib yol iştirakçısıdır.