Vətən müharibəsi şəhidi Əli Qasımovun doğum günündə məzarı ziyarət olundu - FOTO

Vətən müharibəsi şəhidi Əli Qasımovun doğum günündə məzarı  ziyarət olundu - FOTO
Azərbaycanın suverenliyi və ərazi bütövlü uğurunda 27 sentyabr 2020-ci ildə başlayan və Müzəffər Ordumuzun qələbəsi ilə bitən Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, Nərimanov rayon sakini "Vətən uğrunda” medalı ilə təltif olunmuş Qasımov Əli İbrahim oğlunun bu gün doğum günüdür.
 
Torpaqlarımızın azadlığını canı, qanı bahasına qoruyan şəhidin doğum gününündə onun əziz xatirəsini yad etmək məqsədilə bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin əməkdaşları şəhid Əli Qasımovun dəfn edildiyi ata yurdunda, Tovuz rayonunun Hacallı kəndində şəhidin məzarını ziyarət edib və igid Vətən oğlunun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Nərimanov Rayon İcra Hakimiyyətinin "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Tahir İbrahimov rayon ictimaiyyəti adından Vətən uğrunda canından keçən şəhidimizin ailəsinə Allahdan rəhmət və səbr diləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Əlinin xatirəsinin bundan sonra da daim əziz tutulacağını bildirib.

Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...