Kapital Bank yenilənən Nərimanov filialını istifadəyə verdi

İqtisadiyyat
11:12 / 21.05.2021
1959
Kapital Bank müştəri xidmətinin
inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir.
Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Nərimanov
filialı, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 9 ünvanında fəaliyyət göstərir.
Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Kapital Bank-ın Nərimanov
filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ
kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin
ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni
filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə
və imkanlara malikdir.
Qeyd edək ki, Kapital Bank
2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir
çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ
interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir.
Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata
keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya
layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni
konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması
planlaşdırılır.
Ölkənin birinci bankı olan
Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi –
103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri
barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz.