Zəngəzur dəhlizindəki trilyonluq potensial - TƏHLİL

Zəngəzur dəhlizindəki trilyonluq potensial -  TƏHLİL
"Zəngəzur dəhlizinin açılması Türk Dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdir”.
 
Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə,  regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini daha da artır:

"Daha geniş anlamda region ölkələrdən Türkiyə və Rusiya Böyük İyyirmiliyə üzv olan ölkələrdir. İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə dayanıqlı sülh kontekstində inkişaf prespektivləri yüksək qiymətləndirilir. Söhbət 3 trilyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir.

Belə ki, Rusiya 1.7 trilyon, Türkiyə 761.4 milyard, İran 454 milyard, Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdirlər.  Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir”.

Millət vəkili deyib ki, bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək:

"Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Bütün bunlar fonunda, Zəngəzur dəhlizi regionda kommunikasiyaların bərpasında həlledici layihələrdən hesab olunur. Bölgədə dayanıqlı inkişaf və sülh üçün isə regionda kommunikasiyaların bərpası qaçılmazdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində Zəngəzur dəhlizinin açılmasının bütün region ölkələri üçün yeni imkanlar yaradacağını bildirmişdi.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR