Bu şəxslər Rusiyaya vizasız gələ biləcəklər

Bu şəxslər Rusiyaya vizasız gələ biləcəklər
Futbol üzrə Avropa çempionatına (AVRO-2020) ev sahibliyi edəcək şəhərlərdən biri olan Sankt-Peterburqa gələn əcnəbi azarkeşlərdən viza tələb olunmayacaq.

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın AVRO-2020 Təşkilat Komitəsinin tvitter hesabında məlumat yayılıb.

"Əcnəbi izləyicilər AVRO-2020 matçları üçün Rusiyaya vizasız gələ biləcəklər. Rusiya baş naziri Mixail Mişutsin bununla bağlı qərar imzalayıb.

Giriş üçün sadəcə oyun bileti, mənfi nəticəsi olan koronavirus testi və pasporta ehtiyac var”, məlumatda deyilir.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Oyunlar 11 ölkədə baş tutacaq.

Bakı Olimpiya Stadionu "A” qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də, dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...