Xalq artisti: "Məni xəstəxanalıq etdilər"

Xalq artisti:
Xalq artisti Naibə Allahverdiyeva "Sözbaz" proqramında qonaq olub. O həm həyatı, həm də sənəti ilə bağlı açıqlamalar verib.

Sfera.az xəbər verir ki, həmkarlarının ona etdiklərindən söz açıb. Aktrisa sənət yolunda başına gələnlər haqda bunları söyləyib:

"O vaxt təkcə qadınlar bir-birinə deyil, kişilər də xanımlara quyu qazırdılar. Aktrisa olmaq cəsarət, istedad zəhmət istəyir. Daim göz önündə olursan. Gözəl olmağım məni o dövrdə xilas etmədi. Əksinə oldu. Mənə qarşı qısqanclıq var idi, hətta öz yaxınlarımdan belə. Öz yaxınlarına qısqananlar da olurdu. Gözəllik başıma bəla idi".

Aparıcı Zümrüd Bədəlova isə bəzi şəxslərin aktrisanın suyuna kulisdə dərman atdıqlarını, beləliklə  onun səhnəyə çıxmasına əngəl olduqlarını deyib. Naibə xanım bu faktı təsdiqləyib:

"Hətta məni qrim otağından  ovublar. Bir aktrisa var idi. Allah rəhmət eləsin, adını çəkməyəcəm. Məni xəstəxanalıq vəziyyətə salıblar. Çox böyük stress keçirmişəm, az qala məni maşın vururdu. Teatrın yubiley tədbirində hamı səhnədə oturmuşdu.

Getdim, bir kənarda dayandım ki, bəlkə, yer verərlər, amma yer vermədilər. Heç yadımdan çıxmır. Yarım saat altımda stol olmadan oturmuş kimi dayandım".

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...