Bakı-Sumqayıt qatarında yeni hərəkət cədvəli tətbiq edilir

Cəmiyyət
19:54 / 20.05.2021
2214
Sabahdan etibarən Bakı-Sumqayıt qatarında yeni hərəkət cədvəli tətbiq ediləcək.
Bu barədə Sfera.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.
21 may tarixindən etibarən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək. Qatarların sayı saxlanılmaq şərti ilə bəzi reyslərin vaxtında dəyişiklik olunub.