Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Cəmiyyət
16:22 / 20.05.2021
1942
Prezident İlham Əliyev Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.
Sfera.az-ın məlumatına görə, sərəncam görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Sərəncamla Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılacaq.