Prezident Sabir Rüstəmxanlını “Şöhrət” ordeni ilə təltif etdi

Cəmiyyət
16:16 / 20.05.2021
1883
Sabir Xudu oğlu Rüstəmxanlı "Şöhrət” ordeni ilə təltif edilib.
Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, S.Rüstəmxanlı 1946-cı ilin mayın 20-də Yardımlı rayonunda anadan olub. Bu gün onun 75 yaşı tamam olur.