Azərbaycan əhalisinin neçə faizi pensiya alır?

İqtisadiyyat
15:25 / 20.05.2021
2554
2021-ci il aprelin 1-i tarixinə olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 220 min 100 nəfər pensiyaçı qeydiyyatda olub.
Sfera.az bildirir ki, bu, ölkə əhalisinin 12,2 faizini təşkil edir. Onların 58,6 faizi yaşa, 29,9 faizi əlilliyə, 11,5 faizi ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz, cari ilin əvvəli ilə müqayisədə 8,9 faiz artaraq 329,2 manat olub. Həmin tarixdə orta pensiyanın məbləği orta aylıq əməkhaqqının 46,2 faizinə bərabər idi.
Vasif
Sfera.az