“Bakı Metropoliteni”ndən AÇIQLAMA: "İyunun 1-də sərnişindaşımaya tam hazır olacağıq"

15:17 / 20.05.2021
2009
Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.
Sfera.az bildirir ki, bunu "Report”a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.
"Hazırda metronun "Elmlər Akademiyası” stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq”, - deyə o, qeyd edib.