Azərbaycanın satdığı mallar 1,75 dəfə bahalaşıb

İqtisadiyyat
15:05 / 20.05.2021
2186
Bu il idxal və ixrac olunan malların qiymətində kəskin artım müşahidə edilir.
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2021-ci ilin martında idxal olunan məhsulların qiyməti əvvəlki ayla müqayisədə 2 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 28,5 faiz, 2021-ci ilin yanvar-mart aylarında 2020-ci ilin yanvar-mart aylarına nisbətən isə 26,7 faiz yüksəlib.
İdxal malları kimi ixrac olunan mallar da kəskin bahalaşıb. İxrac olunan məhsulların qiymət indeksi 2021-ci ilin martında əvvəlki ayla müqayisədə 2,8 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 74,6 faiz, 2021-ci ilin yanvar-mart aylarında 2020-ci ilin yanvar-mart aylarına nisbətən isə 21,9 faiz artıb.
Azərbaycandan ixrac olunan malların kəskin bahalaşması ixrac həcminin xeyli artmasına səbəb olub.
Vasif
Sfera.az