“COVİD-19-la mübarizədə həyatını itirmiş tibb işçilərinin ailələrinə kompensasiya ödənilməyib”

“COVİD-19-la mübarizədə həyatını itirmiş tibb işçilərinin ailələrinə kompensasiya ödənilməyib”
"Belə davam edərsə, qarşıdakı illərdə ciddi tibbi kadr çatışmazlığı ilə qarşılaşacağıq. Tibb işçilərinin sığorta əlavələri verilmir, COVİD-19-la bağlı əlavələr ödənilmir”.

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib.
 
O həmçinin qeyd edib ki, COVİD-19-la mübarizədə həyatını itirən tibb işçilərinin ailələrinə heç bir kompensasiya ödənilməyib, xatirələri əbədiləşdirilməyib, o cümlədən ailə üzvlərinə quru başsağlığı belə verilməyib: "Tibb işçiləri bütün sosial qayğılardan məhrumdurlar. Üstəgəl sertifikasiya hoqqası...
20-30 il eyni vəzifələrdə işləyən məmurlar heç sertifikasiya edilmir, sanki gecə yatanda onlar vəhy yolu ilə təkmilləşirlər.Məzlum tibb işçiləri isə cüzi gəlir qarşısında hətta mənasız suallarla dolu olan sertifikasiya imtahanı da verməlidir.
 
Artıq abituriyentlərin içərisində tibb sahəsinə yönələnlərin sayı azalır. Yönələnlər də xarici ölkələrə üz tutmağı planlaşdırırlar. Fəhlə belə günü 30 manatdan aşağı işləmir, bu isə, ayda təqribən 900 manat edir. Həkimin aylıq maaşı isə təqribən 350 manatdır”.

A.Əliyev bildirib ki, oğurluq yolu ilə 3-5 manat qazanan həkimlər də hər zaman qorxu və təhdid altındadır: "Nə düşünürsünüz, səhiyyə-tibb məmurları? Niyə işçilərinizin qeydinə qalmırsınız? Bu yaxınlarda haqları tapdalanmış təcili tibbi yardım həkimlərinə də təhdid altında ərizələr yazdırılır ki, narazı deyilik. Artıq 21-ci əsrdir, cənablar! Zorla, təhdidlə, məcburi işlətmək dövrü deyil”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...