Lotu Quli Türkiyəyə necə qayıdıb? - Nazir ilk dəfə danışdı

Lotu Quli Türkiyəyə necə qayıdıb? - Nazir ilk dəfə danışdı
Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2020-ci ilin avqustunda Antalyada oteldə qətlə yetirilən "Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun vaxtilə Türkiyədən deportasiya edilməsinə baxmayaraq yenidən ölkəyə necə daxil ola bilməsindən danışıb.

Sfera.az xəbər verir ki, Soylu bu barədə "TRT Haber” efirində hazırda xaricdə yaşayan türkiyəli kriminal avtoritet Sedat Pekerin onun ünvanına səsləndirdiyi ittihamları cavablandırarkən bildirib.

Onun sözlərinə görə, vaxtilə Türkiyədən deportasiya olunan Nadir Səlifov daha sonra başqa ölkədən pasport alaraq Kipr üzərindən Türkiyəyə qayıda bilib.
"Dünyanın 12 mafiyasından biri Türkiyəyə gəldi. Nadir Səlifov adlı şəxs 20 ilini Rusiyada həbsxanada keçirdi. Səlifov dünyanın 12 ən güclü mafiya rəhbərindən biridir. Çox adam gəlib-gedib, bunu isə yaxaladıq. İçəri atdıq. İki gün ərzində vəkilləri onun Türkiyədən deportasiyasını əngəlləyən, qeyri-leqal miqrantların saxlanılması mərkəzindən sərbəst buraxılmasını tələb edən məhkəmə qərarının çıxarılmasına nail oldular. Deportasiya mərkəzindən geri götürdüm və yerinə qoydum. 2-2,5 ay orada saxladıq, danışdırdıq və sonra ölkəsinə deportasiya etdik. Sonra başqa bir ölkədən pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Yaxın mühafizəçisi onu öldürdü”, - deyə Soylu açıqlamasında qeyd edib.

Qeyd edək ki, Sedat Pekerin sözlərinə görə, Nadir Səlifov Türkiyədə polisin həlak olması ilə nəticələnən atışmada iştirak etməsi şübhəsi altında saxlanılıb, ölkədən çıxarılsa da, daha sonra geri qayıdıb.

"Bilirsiz, Quliyə nə oldu? O öldü! Mənə zəng edib dedi ki, Türkiyəyə gedirəm. Bir müddət Türkiyədə qaldı və daha sonra çıxdı. Dedim getmə, mən orada deyiləm, problemlərin ola bilər. Dedi, mən güclüyəm, "Mehmet qardaşla çox yaxşı münasibətim var”, - dedi. Gəldi, həftəsi bitmədən öldürüldü”, - deyə Sedat Peker açıqlamasında bildirmişdi.

Xatırladaq ki, "Lotu Quli” ötən il yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) tərəfindən Antalyada yerləşən oteldə sui-qəsd nəticəsində qətlə yetirilib. // "Qafqazinfo” 
 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...