Siqaret üstündə kütləvi dava, ölən var

Siqaret üstündə kütləvi dava, ölən var
Mingəçevir şəhərində qətl törədən şəxsin kimliyi müəyyən olunub.

Sfera.az xəbər verir ki, qətli Şəki rayon sakini Rəşad Salamovun törətdiyi bildirilir.

Qeyd edək ki, R. Salamov saxlanılıb.
 

***
09.55
Mingəçevirdə qətl törədilib.

Səhərin Aydın Məmmədov küçəsi 11 ünvanda üç nəfər arasında dava düşüb. Nəticədə 1960-cı il təvəllüdlü Rizvan Məmmədov və onun dayısı, 1955-ci il təvəllüdlü Eldar Abbasov döyülüb. Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya çatdırılsa da, onlardan Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada ölüb.

Bildirilib ki, naməlum şəxs küçədə dayı və bacıoğluna yaxınlaşaraq, onlardan siqaret istəyib. Onlar həmin şəxsə 1 ədəd siqaret veriblər. Lakin o, bütöv qutunu tələb edib. Nəticədə onların arasında mübahisə düşüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. // APA

OXŞAR XƏBƏRLƏR