PSJ Fransa Kubokunu qazandı

İdman
10:20 / 20.05.2021
2713
Futbol üzrə Fransa Kubokunun final matçında "Monako” və PSJ komandaları üz-üzə gəlib.
Sfera.az xəbər verir ki, Sen-Deninin "Stad de Frans” stadionunda keçirilən matç Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Mauro İkardi 19-cu, Kilian Mbappe isə 81-ci dəqiqədə vurub.