Kapital Bank sahibkarlara “Sürətli tender” məhsulunu təklif edir

İqtisadiyyat
10:15 / 20.05.2021
1903
Kapital Bank hüquqi şəxslərə
və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara ölkədə həyata keçirilən layihələrdə
iştirak etmək üçün "Sürətli tender” məhsulunu təklif edir.
"Sürətli tender” məhsulu
bir sıra özəlliklərə malikdir: maliyyə təhlili və skorinq yoxdur; il ərzində
bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir;
limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə
komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik
komissiya ödənilir.
Kapital Bank-ın KOS müştəriləri
üçün nəzərdə tutulan Müştəri profili vasitəsilə məhsullarla bağlı məlumatlarla
yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək
ki, "Sürətli tender” məhsulunu almaq istəyənlər qeyd edilən linkə - //kbl.az/cbpcr, (012) 310
09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə
olan səhifələrinə müraciət edə bilərlər.