Unibank biznes sahibləri üçün daha bir onlayn xidmət təqdim edir

İqtisadiyyat
17:51 / 19.05.2021
2478
Unibank biznes sahiblərinə elə öz işlərinin başında xidmət etmək üçün onlayn məhsul və xidmətlərini genişləndirməkdə davam edir. Bankın biznes müştərilərinin artıq kart sifarişi üçün də banka gəlmələrinə ehtiyac qalmadı. Yeni "Biznes kartın onlayn sifarişi” xidməti sayəsində Unibank müştərisi olan sahibkarlar bank filiallarına gəlmədən, növbələrdə gözləmədən, Biznes karta sahib ola biləcəklər.
- Biznes sahibi kart sifarişi üçün banka gəlmir
- İstənilən yerdən İnternet bankinqə daxil olaraq Biznes kart sifariş edir
- Kart sahibi hazır kartı götürmək üçün də banka gəlmir, kart kuryerlə şəxsin ünvanına
göndərilir.
Unibank müştərisi olmayan sahibkarlar da onlayn müraciətlə Biznes kart sifariş edə bilərlər. Bunun üçün onlar əvvəlcə "Unibank”da Onlayn hesab açmalıdırlar. Bu zaman avtomatik olaraq İnternet Banking və Mobile Banking xidmətlərinə qoşulan sahibkar, Biznes kartı onlayn sifariş edə bilər.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (//www.unibank.az/az/corporate-clients) əldə etmək olar.