Gömrük əməkdaşları haqda qərar verildi - Həbs səbəbi bəlli oldu

Gömrük əməkdaşları haqda qərar verildi - Həbs səbəbi bəlli oldu
Baş Prokurorluq tərəfindən saxlanılan Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri məhkəmə qarşısına çıxarılıb.

Sfera.az xəbər verir ki, istintaq orqanı Binəqədi rayon məhkəməsinə təqdimat verərək Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmənin qərarı ilə Aydın Eylazov barəsində 2 ay, Elmar Mirzəyev və Emin Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əldə etdiyimiz məlumata görə, A.Eylazov neft sənayesi sahəsində istifadə olunmaq məqsədilə xaricdən Azərbaycana gətirilən qayıq üçün verginin ödənilməməsində ittiham edilir. Belə ki, özəl şirkətlərdən biri iki qayığı icarəyə götürərək Azərbaycana gətirib istifadə edib geri qaytarmalı imiş. Bunun üçün də vergi ödənilməsi nəzərdə tutulur. Şirkətin nümayəndəsi bəyannamə imzalayaraq vergini ödəyəcəyi barədə öhdəlik götürüb. Lakin qayıq Azərbaycanda istifadə olunsa da, vergi ödənilməyib.

A.Eylazov isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vergi ödənilmədən qayıqların ölkəyə buraxılması barədə qərar verməkdə təqsirləndirilir. Amma o, məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

Elmar Mirzəyev isə 300 manat rüşvət almaqda ittiham olunur. Həmin şirkətin əməkdaşı E.Mirzəyevin bank kartına 300 manat pul köçürüb. Emin Xəlilov da özəl şirkət nümayəndələrindən rüşvət alaraq "prosedurları yüngülləşdirməkdə” ittiham edilir.

A.Eylazov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), E.Mirzəyev və E.Xəlilov isə 311-ci (rüşvət alma) maddələri ilə ittiham edilir.

OXŞAR XƏBƏRLƏR

Qazaxda nəvələri ilə gəzintiyə çıxan kişi faciəli şəkildə öldü

Qazaxda 68 yaşlı kişi göldə boğulub.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində baş verib.   Kənd sakin...

"Türkiyə Suriyaya hərbi yardım etməyə hazırdır"

Suriya tərəfindən rəsmi müraciət olacağı təqdirdə Ankara Dəməşqə müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində yardım etməyə hazırdır.    ...

Emin Əmrullayev əmr imzaladı

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təlti...

Erməni əsiri olan azərbaycanlı: "Zirzəmidə saxlanılıb, döyülürdüm"

İyulun 17-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Məmmədov 1993-cü ilin fevral ayında döyüşlər zamanı əsir götürüldüyün...

“Green Card 2025” müraciətləri nə vaxt başlayacaq? – Tarixlər açıqlandı

ABŞ-də yaşamaq və işləmək arzusunda olan milyonlarla əcnəbinin səbirsizliklə gözlədiyi “Green Card” (Çeşidlilik Miqrasiya Vizası) proqramı üçün müra...

Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Təkirdağ vilayətinin Şarköy ilçələrində meşə yanğınları davam edir.   Sfera.az xəbər verir ki, iyulun 15-də kənd təsərrüfatı sahəsində baş...