Tanınmış rejissor valideynləri tərəfindən qətlə yetirildi - Bədənini parçalayıb zibilliyə atıblar

Tanınmış rejissor valideynləri tərəfindən qətlə yetirildi - Bədənini parçalayıb zibilliyə atıblar
İranlı rejissor Babək Horramdin valideynləri tərəfindən qətlə yetirilib.

Sfera.az bildirir ki, hadisə bu gün Tehranda baş verib. Belə ki, 47 yaşlı rejissorun bədəni üç hissəyə parçalanaraq zibilliyə atılıb. Horramdinin atası Abdullah cinayət törətdiyini etiraf edib. O, bunu həyat yoldaşı ilə birlikdə etdiyini deyib.

"Yeməyinə yuxu dərmanı qatdıq, daha sonra hamama apardıq. Ardınca cəsədi bir çamadanın içinə qoyub yaxınlıqdakı zibilliyə atdıq”, - deyə o bildirib.
 
Rejissorun atası iddia edir ki, oğlu evdə dərs dediyi tələbələri ilə uyğunsuz münasibət qurub:
 
"Uşaqlığından bəri bizi narahat edirdi. Universitetdə müəllim idi və pandemiyaya görə evdə dərs deyirdi. Amma evdə bizə gün üzü vermirdi. Ona ayrı evə köçməsini təklif etdik, lakin qəbul etmədi”.

Cinayətə görə peşman olduğunu deyən ata həmçinin kürəkənini və qızını da eyni formada öldürdüyünü etiraf edib:
 
"2011-də kürəkənimi, 2017-də qızımı əxlaq problemlərinə görə öldürdüm”. 

Faktla bağlı araşdırma aparılır.
 
Türkan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Emin Əmrullayev əmr imzaladı

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təlti...

Erməni əsiri olan azərbaycanlı: "Zirzəmidə saxlanılıb, döyülürdüm"

İyulun 17-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Məmmədov 1993-cü ilin fevral ayında döyüşlər zamanı əsir götürüldüyün...

“Green Card 2025” müraciətləri nə vaxt başlayacaq? – Tarixlər açıqlandı

ABŞ-də yaşamaq və işləmək arzusunda olan milyonlarla əcnəbinin səbirsizliklə gözlədiyi “Green Card” (Çeşidlilik Miqrasiya Vizası) proqramı üçün müra...

Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Təkirdağ vilayətinin Şarköy ilçələrində meşə yanğınları davam edir.   Sfera.az xəbər verir ki, iyulun 15-də kənd təsərrüfatı sahəsində baş...

Könül Nurullayeva növbəti səyyar qəbullar keçirib – FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla...

"Ukraynanın sərhədlərini və əhalisini müəyyən etməliyik" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Ukrayna ilə əlaqələr qurmazdan əvvəl bu ölkənin statusunu dəqiq müəyyənləşdirməyə çağırıb.   ...