Qarabağ Dirçəliş Fonduna yeni şöbə müdiri təyin olundu

Qarabağ Dirçəliş Fonduna yeni şöbə müdiri təyin olundu
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinə müdir təyinatı olub.

Sfera.az xəbər verir ki, bu barədə Fondun mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

Onun sözlərinə görə, bu vəzifəyə Aybəniz İsmayılova təyin olunub.

Qeyd edək ki, İsmayılova Aybəniz Rafiq qızı 8 oktyabr 1976-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.

1993-2000 illərdə Xəzər Universitetinin "Beynəlxalq münasibətlər” fakültəsində bakalavr təhsili alıb, daha sonra isə "Beynəlxalq hüquq” ixtisası üzrə Magistr dərəcəsinə yiyələnib. 2004-2006 ci illərdə Böyük Britaniya Krallığının "Chevening" təqaüdü ilə Mançester Universitetində "Beynəlxalq inkişaf” ixtisası üzrə Magistr dərəcəsi qazanıb. Hazırda ali idarəetmə dərəcəsi üzrə təhsilini Fransanın İNSEAD universitetində davam etdirir.

A.İsmayılova 20 ilə yaxın BMT, USAİD və digər nüfuzlu beynəlxalq təşkilatlarda aparıcı vəzifələrdə çalışıb. Beynəlxalq təşkilat və donor siyasəti üzrə mütəxəssis olaraq, institusional inkişaf, təşkilat daxili davranış və əhalinin həssas qruplarının inkişafı üçün irimiqyaslı layihələrə maliyyə vəsaiti cəlb edərək, həmin layihələrin bir qisminin idarə edilməsinə, bir qisminin isə icrasına nazərət edib.

2019-2021 ci illərdə keçmiş "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olub. O, Qarabağ mədəni irsinin təbliği ilə bağlı çoxsaylı məqalələrin, eyni zamanda "Qarabağnamə” media proqramının müəllifi və aparıcısıdır.



OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...

Azərbaycan səfiri Rusiya XİN-in binasını tərk edib

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az Rusiya mediasın...