Azərbaycan vaksin hazırlayıb, insanlar üzərində sınanır - AMEA-dan AÇIQLAMA

Azərbaycan vaksin hazırlayıb, insanlar üzərində sınanır - AMEA-dan AÇIQLAMA
Artıq bəzi ölkələr mövcud pandemiyadan qurtulmaq üçün vaksin təqdim edib. Əksər ölkələrdə də koronavirus əleyhinə peyvəndin hazırlanması istiqamətində işlər gedir. 

Hələ ötən il Azərbaycanda da vaksin hazırlanması ilə bağlı işlərin görüldüyü barədə AMEA tərəfindən məlumat verilmişdi.

Bəs, maraqlıdır, bir il ərzində alimlərimiz, COVID-19 əleyhinə vaksin hazırlaya bildimi?

Məsələ ətrafında Sfera.az-a danışan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli vaksinin hazır olduğunu və insanlar üzərində sınaqdan keçirildiyini bildirib: 

"AMEA-nın Molekulyar Biologiya İnstitutu ilə birgə Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov vaksin hazırlayıb. Həmin vaksin heyvanlar üzərində sınaqdan keçirilib. Vaksinin insanlar üzərində də sınanması lazımdır. Biz Tərlan Məmmədovdan uzun müddət xəbər ala bilmədiyimiz üçün elə düşünürdük ki, iş dayanıb. Lakin bu yaxınlarda Tərlan Məmmədov açıqlama verdi ki, peyvənd insanlar üzərində sınaqdan keçirilir. Lakin konkret nəticə ilə bağlı məlumat yoxdur".

İ.Həbibbəyli vaksinin Türkiyədə hazırlandığını qeyd edib:

"Vaksin Azərbaycanda yox, Türkiyədə hazırlanıb. Vaksinin hazırlanması üçün qrupda olan azərbaycanlılar da Türkiyədədir".

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...