Kapital Bank sahibkarlar üçün yeni konsepsiyalı “KOB Mərkəzi” filialını istifadəyə verdi

İqtisadiyyat
11:16 / 19.05.2021
2310
Ölkə bankları arasında ən
böyük filial şəbəkəsinə malik Kapital Bank Azərbaycanda ilk dəfə olaraq kiçik və
orta sahibkarlar üçün yeni konsepsiyalı, "KOB Mərkəzi” filialını istifadəyə
verdi. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 143 (Əhməd Rəcəbli
küçəsi ilə kəsişmədə) ünvanında yerləşən yeni filial əsasən sahibkarlar üçün nəzərdə
tutulub, onlara daha keyfiyyətli və rahat xidmət göstərmək üçün bütün zəruri şəraiti
malikdir.
Kiçik və orta sahibkarlara
bütün növ bank xidmətlərini göstərən "KOB Mərkəzi” filialı bir sıra xüsusiyyətlərinə
görə digərlərindən fərqlənir. Belə ki, bu filialda sahibkarlar bank xidmətləri
üzrə məsləhətlər ala, hesablar aça, maliyyələşmə məhsulları sifariş edə, şəxsi
menecerlə təmin oluna, həmçinin şirkət rəhbərləri və təsisçilər fiziki şəxslər
üçün nəzərdə tutulan məhsul və əməliyyatlardan bəhrələnə bilərlər. Bundan başqa
filialda müştərilərin rahatlığı üçün xüsusi görüş otaqları da mövcuddur.
Yeni filialda həmçinin
Kapital Bank-ın Mərkəz, Bakıxanov və Xətai filiallarında olduğu kimi 24 saat fəaliyyət
göstərən, sayca 4-cü özünəxidmət sahəsi də yaradılıb. Özünəxidmət sahəsinə
giriş, NFC funksiyasını dəstəkləyən, əvvəlcədən qeydiyyata alınan xüsusi
kartlar vasitəsilə mümkündür. Xidmət sahəsində müştərilərin mədaxil və məxaric əməliyyatlarının
aparması üçün ATM və ADM avadanlıqları quraşdırılıb.
"Bildiyiniz kimi Kapital
Bank kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verir. Hazırda bizim bir
sıra filiallarımızda sahibkarlar və hüquqi şəxslər üçün xüsusi bölmələrimiz
mövcuddur. Yeni konsepsiyalı "KOB Mərkəzi” filialımızda isə sahibkarlar daha
rahat və sürətli bank xidmətlərindən yararlana biləcəklər. Ümid edirəm ki, ölkədə
ilk dəfə təqdim olunan yeni filialımız sahibkarların ürəyincə olacaq”, - deyə,
Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə
bildirdi.
Qeyd edək ki, Kapital
Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi,
Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən
Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi
xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar
sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı,
kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının
sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir
sıra digər xidmətlər də göstərirlər. Kapital Bank-ın müştərisi olmaq üçün sayta
daxil olaraq, qeydiyyatdan keçmək lazımdır – //onb-cb.kapitalbank.az/auth/login.