Nərimanov rayonunda abadlıq işləri davam edir - FOTO

11:14 / 19.05.2021
1679
Bakı şəhəri, o cümlədən, Nərimanov
rayonu ərazisində son illərdə davamlı aparılan abadlıq, yenidənqurma və
yaşıllaşdırma işləri nəticəsində rayonun küçə və meydanları, istirahət parkları
və digər, ictimai istifadə üçün nəzərdə tutulmuş yerlərdə yaşıllıq sahələrinin
sayı və ölçüsü artmış, onlara qulluğun səviyyəsi yüksəldilmiş, mövcud
yaşıllıqlara xidmətin keyfiyyəti artırılmışdır.
Bu
tədbirlər çərçivəsində Bakı şəhərində yaz-yay mövsümünə hazırlıq tədbirləri çərçivəsində
rayonun bir sıra ünvanlarında, sakinlərin istifadəsi və istirahəti üçün nəzərdə
tutulmuş ərazilərdə təmizlik, abadlıq və mövsümi yaşıllığa qulluq işləri həyata
keçirilmişdir.
Belə ki, son günlər ərzində şəhid
Milli Qəhrəman Samir Xasıyevin adını daşıyan mədəniyət və istirahət parkında, həmin
parkın filialı olan N.Nərimanov adına bağda, Ə.Rəcəbli küçəsi boyunca yaşıllıq
zolağında və nəhayət 17-18 may tarixlərində "Həştərxan - Nərimanov Dostluq Parkı”nda
mövcud oturacaqlar və zibil qutuları yuyulmuş və dezinfeksiya olunmuş, bəziləri
yenisi ilə əvəz edilmiş, qazon örtüyünün yararsız hissəsi təzələnmişdir. Dostluq
simvolu olan Həştərxan - Nərimanov Dostluq Abidəsi və fəvvarə təmizlənmiş, ağaclar
budanmış, dekorativ kollar əkilmişdir. O cümlədən A.M.Cümə küçəsi və İ.Həsənoğlu
küçəsi boyunca müxtəlif hava şəraiti ilə əlaqədar rəngi solmuş və atmosfer
tullantıları ilə çirklənmiş hasarlar təmizlənmiş və boya ilə rənglənmişdir.