Nərimanov rayonunda abadlıq işləri davam edir - FOTO

Nərimanov rayonunda abadlıq işləri davam edir - FOTO
Bakı şəhəri, o cümlədən, Nərimanov rayonu ərazisində son illərdə davamlı aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri nəticəsində rayonun küçə və meydanları, istirahət parkları və digər, ictimai istifadə üçün nəzərdə tutulmuş yerlərdə yaşıllıq sahələrinin sayı və ölçüsü artmış, onlara qulluğun səviyyəsi yüksəldilmiş, mövcud yaşıllıqlara xidmətin keyfiyyəti artırılmışdır.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində yaz-yay mövsümünə hazırlıq tədbirləri çərçivəsində rayonun bir sıra ünvanlarında, sakinlərin istifadəsi və istirahəti üçün nəzərdə tutulmuş ərazilərdə təmizlik, abadlıq və mövsümi yaşıllığa qulluq işləri həyata keçirilmişdir.
 
Belə ki, son günlər ərzində şəhid Milli Qəhrəman Samir Xasıyevin adını daşıyan mədəniyət və istirahət parkında, həmin parkın filialı olan N.Nərimanov adına bağda, Ə.Rəcəbli küçəsi boyunca yaşıllıq zolağında və nəhayət 17-18 may tarixlərində "Həştərxan - Nərimanov Dostluq Parkı”nda mövcud oturacaqlar və zibil qutuları yuyulmuş və dezinfeksiya olunmuş, bəziləri yenisi ilə əvəz edilmiş, qazon örtüyünün yararsız hissəsi təzələnmişdir. Dostluq simvolu olan Həştərxan - Nərimanov Dostluq Abidəsi və fəvvarə təmizlənmiş, ağaclar budanmış, dekorativ kollar əkilmişdir. O cümlədən A.M.Cümə küçəsi və İ.Həsənoğlu küçəsi boyunca müxtəlif hava şəraiti ilə əlaqədar rəngi solmuş və atmosfer tullantıları ilə çirklənmiş hasarlar təmizlənmiş və boya ilə rənglənmişdir.

OXŞAR XƏBƏRLƏR

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...