Ankaradan Berlinə “soyqırım” CAVABI: “Patriot” əvəzinə “MEADS” - FOTOLAR
Siyasət
00:00 / 09.06.2016
2302
Türkiyənin Kahramanmaraş bölgəsindəki "Qazi Kışlası” ərazisində NATO-nun yeni hava hücumundan hərbi müdafiə sistemi qurulur.
Publika.az xəbər verir ki, sözügedən sistem 2015-ci ildə Türkiyədən çıxarılan NATO-nun Almaniyaya məxsus "Patriot” zenit-raket kompleksləri əvəzinə bərpa edilir. Ancaq bu dəfə Almaniya "Patriot”ları əvəzinə, İtaliya Hərbi hava Qüvvələrinə məxsus müasir "Medium Extended Air Defense System (MEADS)” sistemləri Türkiyə-Suriya sərhədində yerləşdirilir. Sözügedən sistem Suriyadan və digər region dövlətlərindən gözlənilən hərbi hava hücumların qarşısı almaq məqsədi daşıyır.
Artıq sözügedən sistemlərin Türkiyə ərazisində yerləşdirilməsi prosesinə başlanılıb.