AzTV Laçından veriliş yayımlayacaq

AzTV Laçından veriliş yayımlayacaq
AzTV-nin "Əsas məsələ” proqramının 18 may buraxılışı Laçın rayonundan yayımlanacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına görə, Laçının 1992-ci ildə işğalının və 2020-ci ildə azad edilməsinin təfərrüatı müqayisəli təhlil edilib, verilişin qonaqları işğaldan azad olunan rayonda görüləcək işlər barədə müzakirələr aparıblar.

Laçının Güləbird kəndində aparılmış çəkilişlər zamanı xatırladılıb ki, elə burada da "Ağıllı kənd” layihəsi icra olunacaq.

Verilişə bu gün saat 22:20-də AzTV-də baxa bilərsiniz.

Qeyd edək ki, Laçın rayonu 1992-ci ilin bu günü - 18 may tarixində Ermənistan tərəfindən işğal olunmuşdu. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu yenidən Azərbaycanın nəzarəti altına keçib.

(Report)


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...