Dollar bu gün də UCUZLAŞDI

İqtisadiyyat
16:21 / 18.05.2021
3219
Bu gün beynəlxalq birjalarda ABŞ dollarının ümumiləşmiş məzənnə dəyərini ifadə edən Dollar İndeksinin 90 həddindən aşağı düşməsi qeydə alınıb. Bir gün əvvəl 90,14 olan indeks hazırda 89,8 səviyyəsindədir.
Sfera.az xatırladır ki, indeksdə düşüş 2021-ci ilin aprelin 1-dən müşahidə edilir. Həmin tarixdə indeks 93,36 səviyyəsini ötmüşdü. Ötən 50 gün ərzində Dollar İndeksi 3,8 faiz enib.
İndeksin düşməsi dolların ucuzlaşması anlamını verir. Dolların ucuzlaşması ABŞ-da mərkəzi bank funksiyasını həyata keçirən FED-in monetar genişləndirmə siyasəti ilə bağlıdır. FED rəsmiləri açıqlamalarında, bu siyasətin hələ bir müddət davam edəcəyini bildirirlər. Əksər ekspertlər isə düşünür ki, pandemiya başa çatana qədər ABŞ monetar genişləndirmə siyasətinə sadiq qalacaq. Buna görə də 2021-ci ilin sonuna kimi Dollar İndeksinin 90-93 səviyyəsində qalacağı güman edilir.
Vasif
Sfera.az