Dünən rüşvət üstə tutulan gömrükçü məşhur generalın qardaşı oğludur?

Cəmiyyət
16:20 / 18.05.2021
5186
"Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyatda saxlanılan şəxsin general Sahib Mirzəyevin qardaşı oğlu olması barədə məlumat həqiqəti əks etdirmir".
Sfera.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında S. Mirzəyevin qohumu Gursəl Abbasov deyib.
O qeyd edib ki, generalın 2 qardaşı var və onların uşaqları balacadır: "S. Mirzəyevin belə bir vəzifədə olan qardaşı oğlu yoxdur. Yayılan məlumat doğru deyil".
***
Dünən Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi ilə Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyatla bağlı bəzi təfərrüatlar məlum olub.
Saxlanılanlardan biri keçmiş hərbçi polkovnik-leytenant Elman Mirzəyevdir. O, 1 500 manat məbləğində rüşvət alarkən tutulub.
Məlumata görə, E. Mirzəyev gömrük sisteminə yeni gəlib və Gömrük Komitəsində inspektor vəzifəsində çalışıb. Onun bu vəzifəyə təyin olunan gündən rüşvət aldığı ilə bağlı informasiyalıar var. İddia olunur ki, ona bu məsələlərlə bağlı dəfələrlə xəbərdarlıqlar da edilib.
Gömrük Komitəsinin korrupsiyaya qarşı mübarizə tədbirlərini gücləndirildiyi bir vaxtda onun bu əməllərinin qarşısı alınmayıb və komitə rəhbərliyinin özünün təşəbbüsü ilə əməliyyat keçirilib.
Qeyd edək ki, Elman Mirzəyev uzun illər DİN-də yüksək vəzifələr daşımış general Sahib Mirzəyevin qardaşı oğludur.